Nədir ki...
Xəstə vaxtı Rəşid müəllimə müraciətlə
Sərt illərin sınağından çıxana,Gün sınağı, ay sınağı nədir ki?!Qarlı qışın şaxtasına dözənə,İsti günlü yay sınağı nədir ki?!
Ağır gündə boran-qardan keçmisən,Neçə çətin, neçə dardan keçmisən.Qasırğalı dəryalardan keçmisən,Axıb gedən çay sınağı nədir ki?!
Çox dözmüsən, ağrılara döz bir az,Dərman olsun şeir bir az, saz bir az.Səbr eyləsin, ağlamasın göz bir az,Kişi üçün vay sınağı nədir ki?!
1977, 7 dekabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-nedir-ki
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bilmədim sına bilər, yana bilər,Mən ürəyi ürək kimi saxlamadım.
Gəl şəklini çəkim, dünyaŞəkil çəkmək istəyirəm,Gəl şəklini çəkim, dünya.
Hər gün sevənlərin qulağı səsdəMəni duyanlardı məni sevənlər,Sən məni duyunca yaşaram, gözəl.
Göylərə varan mənəmBağ desən, gül açaram,Dağ desən, aran mənəm.