Könül bağçasında budağı əyə,Şirin meyvələri ariflər dərə.Kobud adamların əli dəyməyə,Zərif çiçəkləri zəriflər dərə.

Nəyi səpirsənsə o verəcək dən,Qanqalın yerində qanqaldır bitən.Bu qoca dünyada heç görmədim mən,Təhqirlər yağdıran təriflər dərə.

2006, avqust

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring