Məhlə aşığı deyil,yurd-mahal aşığıydı,Bal dilli millətimindili bal aşığıydı.Meydanda Qoç Koroğlu,Rüstəm-Zal aşığıydı, —Aşıq Hüseyn Saraçlı.

Allah sözü-söhbətitökərdi bacasından,Almışdı öz dərsinixocalar xocasından,Doluydu, müdrik idimin ilin qocasından, —Aşıq Hüseyn Saraçlı.

İncə bel, enli kürək,eşmə bığ, meydan sinə,Gözündə güllü yaylaq,xəyalında dağ-binə,Qartal kimi qonardıdağların zirvəsinə, —Aşıq Hüseyn Saraçlı.

Beldə gümüşü kəmər,başda buxara papaq,Göz sevgi sultanlığı,sinə alışan ocaq,Doğulmuşdu elə bilmin il bizlərdən qabaq, —Aşıq Hüseyn Saraçlı.

Bir köhlən at varıydı —ər oğlu ər minərdi,Hər axşam sığal çəkib,qalxıb səhər minərdi,Bədöy atlar seçərdi,qaşqa kəhər minərdi, —Aşıq Hüseyn Saraçlı.

Ayaqları öpərdigümüşü üzəngini,Qartal qanad salardıoxuyanda “Cəngi”ni,Qatardı söhbətinəyerin, göyün rəngini, —Aşıq Hüseyn Saraçlı.

Sazının laylasındaneçə aşıq böyütdü,Neçə şairi xalqayar-yaraşıq böyütdü.Bizdə bir sənət adlısönməz işıq böyütdü, —Aşıq Hüseyn Saraçlı.

Təbriz, Dərbənd, Borçalı,. Göyçə, Naxçıvan oldu,Ömrün yetmişində dəoğlantək cavan oldu.Söz-söhbəti axarlı,ləhcəsi rəvan oldu, —Aşıq Hüseyn Saraçlı.

Seçərdi deyimlərinyaxşısından, eyindən,Sözü candan gələrdi,səsi başdan, beyindən,Od almışdı Tanrınınkamanından, neyindən, —Aşıq Hüseyn Saraçlı.

Naləsiydi “Mansırı”,fəryadıydı “Bəhmanı”,Bir ozan geyimiydi8 səliqəsi, sahmanı,Ürəklərin dostuydu,könüllərin mehmanı, —Aşıq Hüseyn Saraçlı.

Dilinin şah damarıŞenlik, Şair Nəbiydi,Onun qoşa qanadıelmiydi, ədəbiydi.Çayların axarıydı,çeşmələrin təbiydi, —Aşıq Hüseyn Saraçlı.

“Atüstü” havasınaçəkəndə bayatını,At üstündə görərdihər kəs öz həyatını.Saz ilə tanıdardıhər kəsə öz zatını, —Aşıq Hüseyn Saraçlı.

Gözlərini açandaqan gördü, qada gördü,Dərdi dərin bir dəniz,özünü ada gördü,Bəxtini Tahir kimiqanlı dəryada gördü, —Aşıq Hüseyn Saraçlı.

Xalları seçilərdişirin xallar içində,Başdadı daim yeriəhli-hallar içində,Gəzdi qəmli fikirlər,xoş xəyallar içində, —Aşıq Hüseyn Saraçlı.

Nəfsi halala qondu,halaldan safa çatdı,Səsi Ağrıya yetdi,Ağrıdan Qafa çatdı,Naxçıvana yetişdi,Qasım Sərrafa çatdı, —Aşıq Hüseyn Saraçlı.

Çox yerdə qərar tutub,bilən bilir kimdədi,Sazdadı, mizrabdadı,pərdədədi, simdədi,Dörd ünsürün cəmində,on iki iqlimdədi, —Aşıq Hüseyn Saraçlı.

Onu sazdan yaratdı,sözdən doğdu anası,Ozan ömrü, saz ömrühəyatının mənası.O mənim Şəmsim oldu,mən onun Mövlanası, —Aşıq Hüseyn Saraçlı.

Can dedi, can eşitdi,eşqi bir cahan oldu,Məclisindən doymadıq,sübh açıldı, dan oldu.Bir dastan aşığıydı,dillərdə dastan oldu, —Aşıq Hüseyn Saraçlı.

Gözdədi, könüldədi,nəfəsdədi, candadı,Düşüncədə, fikirdə,ilikdədi, qandadı,Toxumla torpaq kimihər gün Zəlimxandadı, —Aşıq Hüseyn Saraçlı.2006, sentyabr-noyabrBakı-Kislovodsk

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets