Tanrının əsəridi,Tanrılara tən gəlib.Çırpıb qanadlarını,Enib göylərdən gəlib,Qurbanam, Türkə qurbanl

Allah özü güc verib,Qoluna, qanadına.Bir mələk pıçıltısıTürk söyləyib adına,Qurbanam, Türkə qurbanl

Dəliləri dəlimdi,Haqqa çatan əlimdi.İlkimdi, əvvəlimdi,Əvvələ, ilkə qurban,Qurbanam, Türkə qurbanl

Dərd bağlanıb yükünə,Budağına, kökünə.Türkün bircə tükünəMin Oğuz, Bilgə qurban,Qurbanam, Türkə qurbanl

Haqqın yolu deyiləm,Haqla dolu deyiləm.Anadolu deyilənGörkəmə, görkə qurban,Qurbanam, Türkə qurbanlCan içində can nədi,Damardakı qan nədi,Altay, Türküstan nədi,Bu sirri dərkə qurban,Qurbanam, Türkə qurbanl

Gülşənimdi, lalamdı,Balası öz balamdı.Şəhərimdi, qalamdı,Təbrizə, Ərkə qurban,Qurbanam, Türkə qurbanl

Bir nəfəri qalınca,Gedər Haqqın dalınca.Qurşadığı qılınca,Qoyduğu börkə qurban,Qurbanam, Türkə qurbanl

Təmiz, sağlam niyyətə,Ulu mədəniyyətə,Bir böyük həqiqətəMin cürə bəlkə qurban,Qurbanam, Türkə qurbanl

Arxalanıb qeyrətə,Gedir əbədiyyətə.Yaratdığı cənnətə,Saldığı mülkə qurban,Qurbanam, Türkə qurbanl

Mən Türkün nəfəsiyəm,Mən Türkün nəvəsiyəm.Atillalar, Metelər,Manaslar əvəziyəm.Bu işıqlı həvəsə,Bu tükənməz nəfəsəYer-göy, varlıq, Kainat,Gün qurban, kölgə qurbanlQurbanam, Türkə qurban!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love