Nəğmələrimin ünvanı
Mənim təzə nəğməminÜnvanını soran kəs,Hələ indi dil açırSinəmdə arzu, həvəs.Neçə şeir, neçə sözDüymə-düymə olubdur.Neçə mahnı fikrimdəTəzəcə doğulubdur.Deməyin susdu şair,İlhamı söndü yəqin.Yox, şeirsiz yaşamaq
Mənə çətindi, çətin.Gecəmi, gündüzümüŞerə bağışlamışam.Həyatımı, özümüŞerə bağışlamışam.Qəlblərə yol açıncaQəlbim boşalıb, dolu.Şerim doğulan günüMənə toy-bayram olub.Sən, ey təzə nəğməminÜnvanını soran kəs,Xəyalın qanadındaYer üzünü dolan, gəz.Təzə bir zəmi görsənKöksünün atəşiylə,Kama, murada çatmışİki sevgili görsən,Bil ki, onlarla birgəMən də fərəhlənirəm.Silinir bircə andaÜrəyimdən qüssə, qəm...Harda min-min insanınQanını axan görsən,Topların nərəsindənYeri darıxan görsənSınan bir könül görsən,Dağılan oba görsən,Körpələrin ahındanTutulan səma görsən,Bil ki, dözə bilmirəm,Haray çəkirəm mən də.Elə bil od qalanıb,Atəş var bu sinəmdə.Harda körpə gülüşü,Körpə nəfəsi olsa,Məftillərin yerindəGöy çinarlar ucalsa,Harda alın təriyləYaşıllanan bağ görsən,Harda açıq ürəkliBir dost, bir qonaq görsən,Harda ucalan divar,Göyərən bir ot görsən,Harda təzə bir şəhər,Abad olmuş yurd görsən,Məni o yerdə axtar,Bil ki, orda mən varam.Tər töküb, əmək çəkib,Nəğmələr yaradıram,Nəğmələr yaradıram...
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-negmelerimin-unvani
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə də gül açdı cığırlar, yollar,Başlandı söhbəti, sözü dağların.
Qəlbim o günləri unudan deyilMənə sevgimizdən bir həzin nəğmə,Bir də tənha söyüd yadigar qaldı.
Xəzərə axşam düşürQaş qaralır, günəşin qürubuna az qalır,Sahil kimsəsizləşir, qumlar, üstə iz qalır.
Bulaqlar başladı öz nağılınıBahar yenə gəldi köksündə atəş,Bulaqlar başladı öz nağılını.
Poems by other poets
Mürtəcelər, sevinin, kişvəri-Iranə yenəTanıyıb bildiyiniz sayeyi-sultan gəlir!
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,
Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzməSaqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,