Yer üzündə insan qalacaq, –Qurub, yaradan insan.İnsanı sevirəm.Yer üzündə quşlar qalacaq,Bir də geniş asiman.Quşları,Asimanı sevirəm...Yer üzündə rənglər qalacaq,Öz çalarıyla.Rənglərin çalarını sevirəm.Anamız torpaq qalacaq,qışıyla, baharıyla.Torpağınqışını, baharını sevirəm.Yer üzündəqanadlı nəğmələr qalacaq,Ümid dolu, arzu dolunəğmələr...Nəğmələri sevirəm.Bir dəGünəş anasıylasəhər qalacaq.Günəşi, səhəri sevirəm.Yer üzündəbeşiklər qalacaq.Körpələrinilıq nəfəsiylə dolu,şəfəqlə dolu...Səngərlərdə yox,hünər meydanında yaşayacaq,qalacaqTorpağın qızı, oğlu...Nurlu sabaha getdikcə,dünyamız,bir də bəşər aləmi,Yəqin kəsəcəklər kökünüşər qüvvələrin.Açılacaq qaşı-qabağıgöyün, yerin..Barıt qoxusu,körpələrinhərəsan yuxusu,İnsan cildli qurdlarDağılanobalar, yurdlar,ata möhnəti,qadın həsrəti,qan rəngli gecələr,daha nə bilimnələr, nələr...Nağıla dönəcəklər, nağıla.İnsanlar heyrətlə,dönə-dönəbu olmuş nağıllarıdanışacaqlar bir-birinə...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets