İnsanam mən
Məni nə bənövşəyə,Nə lələyə oxşadın.Nə dumana, nə çənə,Nə küləyə oxşadın.İstəmirəm desinlərDolmusan bulud kimi.Sızlayan bir kamanaBənzətməyin qəlbimi.Deməyin dəniz kimiCoşqunam, ya dilsizəm.Sahilim varmı, yoxsaƏzəldən sahilsizəm.Deməyin ki, GünəşdənAldım odu, atəşi.İnsanam, bu torpağınMənəm əsl günəşi!Həsrəti bənövşəyə,Laləyə mən vermişəm.Qanadlanıb coşmağıKüləyə mən vermişəm.Buludlar dolmağı daMəndən öyrəndi, məndən.O kamanın simləriQopmuş mənim sinəmdən.Dənizə coşmağı da,Mahnılar qoşmağı da,Mən öyrətdim bir səhər.Mənimdir o dalğalar,Mənimdir o ləpələr.Ayrılıq da özüməm,Vüsal da öz payımdır.Bu səs adi səs deyil,Yaşamaq harayımdır,Yaşatmaq harayımdır.Çətin, bu yaşamaqdan
Yorulub, usanam mən.Gah qəmlənən, gah gülənİnsanam, insanam mən.Gecə Günəş batsa da,Mən yanaram hər axşam.Həyatın, gözəlliyinKeşiyində durmuşam.Torpağın sünbülü də,Tarlası da özüməm.Zəfər dolu illərinMənası da özüməm!Çətin bu yaşamaqdanYorulub usanam mən.Gah qəmlənən, gah gülən,Yaradan insanam mən.İnsanam, insanam mən.
Kitabxana.az · https://kitabxana.az/en/works/medine-gulgun-insanam-men
Use ← → keys to move, R for a random poem
More by this author
Ömür kitaba bənzər,Bəzən sona yetməmiş
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Mən tənha deyiləmÇox zaman deyirlər tənha qalma sən,Tənhalıq kövrəldir insanı bəzən.
On səkkiz yaşınız qayıdır geri1941-45-ci illər müharibəsində*iştirak edən bacılarıma*