Yaşaya bilmirəmSizsiz bircə an belə,İnsanlar, ay insanlar.Nə qədər deyilməmişNəğməm, sözüm var hələ,İnsanlar, ay insanlar.İstər yaxın olaq biz,İstər uzaq, qəmim yox.Sizə özgə, sizə yadBir ayrı aləmim yox.Kiçik güzaranımlaSizi deyib yaşaram.Desələr keç ömürdən,Ömrümü bağışlaram.Təki insan arzusuTufanlarda sönməyə.Ürəklər ayrılığıƏlində körpə quştəkÇırpınıb döyünməyə.Budaqlar qırılmaya,Yarpaq yaralanmaya.Təki mən yaralanım,Torpaq yaralanmaya.Mən min-min analarınSəsindən səs alıram.Sünbüllü tarlalardanİlıq nəfəs alıram.Haray çəkib deyirəmQoruyun bu dünyanı.İnsanlar, ay insanlar!İnsan silah götürübHeç qırarmı insanı,İnsanlar, ay insanlar?Gəlin, gəlin qoymayaqAğlaya mahnılar da,İnsanlar, ay insanlar.Qoymayaq insan ömrüSönüb gedə yarıda,İnsanlar, ay insanlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets