Dərdim də, qəmim də yetərincədir,Dünyanın azarı nəyimə yetməz.Həyatla bu qədər alver eylədim,Bu boyda bazarı nəyimə yetməz.

Sinəmə o qədər çəkilib ki, dağı,Əridi, qalmadı gözümün yağı.Bu qoca dünyanın beş arşın ağı,Beş qarış bazarı nəyimə yetməz.

Ölümlə həyattək sağım, solum var,Harda olum varsa, orda ölüm var,Qəbir evinədək gedən yolum var,Ömrün bu güzarı nəyimə yetməz.

2011, 9 fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death