Sözüm yerə düşdü nadan yanında,Qaldıra bilmədim yerdən o sözü.Saxlaya bilmədim ucalığında,Qoruya bilmədim şərdən o sözü.

Ruh oldum, o sözün ruhuna yatdım,Sözün ocağını qaladım, çatdım.Niyə zirzibilin içinə qatdım,Mən ki toxumuşdum zərdən o sözü.

Neçə dağ aşıram, dərə keçirəm,Çöllərə bənd açıb, bərə keçirəm.İndi də utanıb yerə keçirəm,Yadıma salanda hərdən o sözü.

2001, 18 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets