Dan yeri
Dan yerinə salam verdim,Günəş aldı salamımı.Dan yerindən düşən işıqSaflaşdırdı kəlamımı.
Təbiətdən köçürmüşəm,Şeirimdə bir dan yeri var.Dan yerindən gələn sözünTanrıya qalxan yeri var.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-dan-yeri
Use ← → keys to move, R for a random poem