“Çiçəksən, arını sevmə” — dedilər,“Budaqsan, barını sevmə” — dedilər.“Zərifə adında, mələk donunda,İstəkli yarını sevmə” — dedilər,Qadağa qoydular məhəbbətinə.

“Bir də o tərəfdə izin olmasın,Bu haqda söhbətin, sözün olmasın,Bir daha o qızda gözün olmasın,Sən dövlət adamı, o, bir yad qızı”, —Qadağa qoydular məhəbbətinə.

Duru bir bulağa “axma” — dedilər,Odlu bir şimşəyə “çaxma” — dedilər.“Duyğusan, durulma, dilsən, danışma,Gözsən, gözəlliyə baxma” — dedilər,Qadağa qoydular məhəbbətinə.

O gün kök budaqdan ayrılmalıydı,O gün ət dırnaqdan ayrılmalıydı,O gün Ay ulduzdan, işıq Günəşdən,Bərəkət torpaqdan ayrılmalıydı, —Qadağa qoydular məhəbbətinə.

Bu söz sərt zamanın tapşırığıydı,Tüstünün, dumanın tapşırığıydı,Tutqun bir səmanın tapşırığıydı,Yaxşını yaxşıdan ayırmaq üçünTapşırıq yamanın tapşırığıydı.

Qorxu-qadağanın yekəsinə bax,Vaxtın çirkabına, ləkəsinə bax,Tarixin hökmünə, hikkəsinə bax,Tapşırıq verənin naşılığına,Tapşırıq alanın Məkkəsinə baxl

Küləyə “yellənmə” demək olarmı?Yağışa “sellənmə” demək olarmı?Ürəyə “tellənmə” demək olarmı?Gülün budağına qonan bülbülə“Oxuma, dillənmə” demək olarmı?

Açan çiçəklərə qadağa yoxdu,Coşan diləklərə qadağa yoxdu,Uçan mələklərə qadağa yoxdu,Odlu baxışlara, dolu gözlərə,Sevən ürəklərə qadağa yoxdu.

Sevdilər, seçdilər, sehrləndilər,Görüşüb, qovuşub mehrləndilər,Zamanın hökmüylə ayrılmadılar,Allahın hökmüylə möhürləndilər.

Tanıdı yaxından, gəldi uzaqdan,Bir dərya yarandı iki bulaqdan,Çıxdı imtahandan, keçdi sınaqdan,İlahi məhəbbət işini gördü,Özünü yormasın bəndə nahaqdan.

Zamanın bağrından qopdu, yaşadı,Nur olub torpağa hopdu, yaşadı,Əbədi ünvanı tapdı, yaşadı,Zərifə sevgisi, Heydər sevinci.

Qılınca bağlanıb, qından gəlibdi,Ürəkdən süzülüb, qandan gəlibdi,Cövhərə çevrilib, candan gəlibdiZərifə sevgisi, Heydər sevinci.

Çiçək solasıdı, zər solasıdı,Vaxtında gülləri dər, solasıdı,Gələn nəsillərə dərs olasıdıZərifə sevgisi, Heydər sevinci.

Ruhu - zərifliyim, nazım olacaq,Nəfəsi — baharım, yazım olacaq,Min il bu millətə lazım olacaqZərifə sevgisi, Heydər sevinci.

Ömrün ləzzətində, dadında qaldı,Yazıldı, yaddaşın yadında qaldı,Göylərin yeddinci qatında qaldıZərifə sevgisi, Heydər sevinci.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring