Gecədə
Şam ağlayır, dəftər gülür,qələm yazır, əl sevinir,Həmsöhbətəm bir şairləbaş-başa qalmış gecədə.Həmsöhbətəm, körpələriyatıb şirin bir yuxuda,Gözəlləri fikrə gedib,xəyala dalmış gecədə.
Uzaq yollar yolçusuyam,sözdü yüküm, sözdü şələm,Dildə zikr, başda fikir,ürəkdə od, əldə qələm.Gah Yunusam, gah Qorqudam,gah Ələsgər, gah Veysələm,Duyğuları bir saz kimikönlümü çalmış gecədə.
Talesizlər taleyinəgöz yaşları ələmişəm,Bir ney kimi nalə çəkib,quzu kimi mələmişəm.Neçə-neçə ağ varağıqara rəngə bələmişəm,Söz yanında üzüm ağdırəngi qaralmış gecədə.
2001, 7 yanvar Altıağac
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gecede
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Görən, bilən, eşidənlər yansınlar,Gör nə yaman oldu halı Gəncənin,
Yox, bu uşaqlıq deyilYox, bu uşaqlıq deyil,Əlacsızlıq, zəiflik,
QarşıSəhər-səhər günəş pərtöv salanda,İstər ki, səmadan ay aza qarşı.
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,