Könül, sağlam toxum kimi,Səp dağa, düzə şeirini.Yaralara məlhəm eylə,İşıq bil gözə şeirini.

İnci gəzə, ləl axtara,Axtaran gözəl axtara.İgidlər əl-əl axtara,Gözəllər gəzə şeirini.

Ax çayın ahəngi ilə,Çax şimşəyin zəngi ilə.Çiçəklərin rəngi ilə,Naxışla, bəzə şeirini.

Dolu ürək, isti başnan,Gözləri yandıran yaşnan,Könüldəki od-ataşnanDe, gəlsin, təzə şeirini.

2000, 15 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets