Dünya mənim şeirimdi,Yerdə mavi çiçəkdən,Göydə ulduza qədər.

Dünya mənim şeirimdi,Zəmidən sünbülədək,Çörəkdən duza qədər.

Dünya mənim şeirimdi,Qışdan bürkülü yaya,Atəşdən buza qədər.

Dünya mənim şeirimdiMamırıyla, daşıyla,Sevinci, kədəriylə,Gözlərinin yaşıyla.Dünya mənim şeirimdi,Yaşar sonsuza qədər.

2000, 4 dekabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring