Olaydı
Alman ordusunun əsgərlərinə baxarkən
Mən bu gücə güvənəydim,Daş əlimdə qum olaydı.Əriyəydi nəfəsimdən,Polad dönüb mum olaydı.
Hər övladı gülüm, lalam,Hər əsgəri doğma balam.Yıxılmaz hasarım, qalam,Dağılmaz yurdum olaydı.
Diz çökdürər zəhmət çəkən,Qalib olmaz dizə çökən.Köpəkləri qıran-tökən,Basılmaz qurdum olaydı.
Dərd yatır ahın altında,Batdıq günahın altında.Kaş ki Allahın altındaBelə bir ordum olaydı!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Qaşlarına kim vurub bu paslanmış kilidi,Neçə açar salmışam, hamısı sındı getdi.
Sevgi yağışlarına tutacağam dünyanıTəpiklər tapdağında əzildi, əzdi dünya,Xilası, xilaskarı axtardı, gəzdi dünya.
İlahi, min şükür yaratdığınaBir gündə min dəfə şükür deyirəm,İlahi, min şükür yaratdığına.
Gizli görüşlərin aşkar sevinciGöz yaşı yanaqda parlayan inci,İşıq dalğalanır, nur cana sığmır.