Danışırsan yaxşı danış,dilindəki təhqir nədir?Hansı yazıq asılacaq,əlindəki kəndir nədir?Yenə kimi yandırırsan,qaladığın təndir nədir? –Tutduğun yol iblis yolu,şər yolu, şeytan yoludur.

Yandıracaq körpüləri,söndürəcək ocaqları,Bayquş səsin, bəd nəfəsinboş qoyaraq otaqları.Hansı dağa ayaq bassan,quruyacaq bulaqları,Getdiyin yol adamlığınyer ilə yeksan yoludur.

Dərvişim ol, aşığım ol,şamanım ol, ozanım ol,Tarixlərə ayna tutubyozumları yozanım ol.Həqiqətdən ilham alıb,cəsarətdən yazanım ol,Yaza bilsən, hər kişininömrü bir dastan yoludur.

Könlünü al, yadında qal,dilində bal, sev insanı,Meylini sal, sazını çal,seyrinə dal, sev insanı.Əli halal, dili halal,nəfsi halal, sev insanı,Bu sevgidi, insanlığıninsana heyran yoludur.

Yerə tapın, göyə bağlan,dağa-daşa vurul, gedək,İçərini bulandırma,çeşmə kimi durul, gedək.Xəyanətə arxa çevir,məhəbbətə vurul, gedək,Sazdı, sözdü, şeriyyətdi,bu yol Zəlimxan yoludur.

Almaniya, Bilefild, 2004, 11 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets