Burda durma, durmaq ölüm,səfərlərə doğru get,Ululara, ustadlara,saf ərlərə doğru get.

Hər addımı qaranlıqdı,çəkər səni zülmətə,Gecələrə ümid olma,səhərlərə doğru get.

Dinim, dilim, milliyyətimsənə dayaq olmasa,Onda məndən üz əlini,kafərlərə doğru get.

Almaniya, Bilefild, 2004, 8 noyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets