Onun ruhuna söykən
Səni yasdan çıxardaq, anam Azərbaycanım,Sil gözlərin yaşını, qaralara bürünmə, gəl!Sənin qara geyməyin sevindirər düşməni,Yağıların önündə dumanlı görünmə, gəl!
Qoy səni düşmən kimi dindirənlər utansın,Qoy səni ocaq kimi söndürənlər utansın.Qoy səni ucalardan endirənlər utansın,Dağ kimi möhkəm dayan, qar kimi kürünmə, gəl!
Qəmlər çoxdu dünyada, qəm yoxdu qəmin kimi,Oğulların qırılıb, biçilmiş zəmin kimi.Qara dağın yıxılıb, MƏHƏMMƏD ƏMİN kimi,Onun ruhuna söykən, ətəkdə sürünmə, gəl.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-onun-ruhuna-soyken
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.
ÇustÇust sürçüb məni palçıxda yıxur, ay zakir,Tərs kimi yolda olub çalaçuxur, ay zakir.