Ovçu da var, ovçu da
Mən də kişiləndim, ovçuyam deyə,Özümə şahintək ov alan dedim.Dolan bu yerləri, qır bu tilsimi,Könül, nə yatmısan, havalan, dedim.
Dolandım həvəslə çölü-çəməni,Səsimi qoynuna yüz dərə çəkdi.Qartal ucalara səslədi məni,Cüyür xəyalımı düzlərə çəkdi.
Dərəyə səs düşdü tərpənəndə əl,Hürkütdüm ovumu, kiriyəmmədim.Tüfəngim açıldı vaxtından əvvəl,Ovçu yerişini yeriyəmmədim.
Ovçu ov axtarıb, dolanar dağı,Qarğanı, sərçəni ov sana bilməz.Düşsə də qüvvətdən əli-ayağı,Sevdiyi sənətdən ovsana bilməz.
Dumanlar endirdi gözümə pərdə,Pusquda, bərədə dura bilmədim.Şirlə pəncələşdi babam bu yerdə,Mənsə bir çaqqalı vura bilmədim.
1975, 28 yanvar
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ovcu-da-var-ovcu-da
Use ← → keys to move, R for a random poem
More by this author
Dili yar deməkdən qabar bağlayan,Könlü qəm əlindən qubar bağlayan.
Ustadla görüşGözümə işıq ver, qəlbimə güc ver,Qoy yenə hər döşdə qaynasın bulaq.
SavadÇox eşitdim, çox dinlədim,El içində bir sualı.
Qurban BulağıKəlbəcərdə bir bulaq var, adı Qurban bulağıdı,Ağdabanda bir ocaq var, adı “Qurban bulağıdı”.
Poems by other poets
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
AyrılıqMən saralıb sollam qərib ellərdə,Sözüm dastan olar bütün dillerdə,
Kim olaFələyin əlindən qılan ah-ü zar,Biri mənəm, biri, ya rəbb, kim ola.