Ömrüm boyu əl çəkmədi yaxamdan,Məni sıxan, məni əzən qayğılar.Həm qocaldı, həm də məni qocaltdı,Mən dözdüyüm, mənə dözən qayğılar.

Kar elədi, pambıq oldu qulaqda,Lal elədi, qıfıl oldu dodaqda,Şil elədi, qandal oldu ayaqda,Baş ağrıdan, ömür üzən qayğılar.

Üzə yaşı, gözə nəmi tanıtdı,Cana dərdi, qəlbə qəmi tanıtdı,Diri-diri cəhənnəmi tanıtdıQəbrə qədər mənlə gəzən qayğılar.

2002, 19 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets