Arzu
Nə ömür tükənə, nə yol tükənə,Yeriyib gedəsən dağlara doğru.Zaman əllərində yumağa dönə,Keçəsən çağlardan çağlara doğru.
Aşılmaz sədləri bir-bir aşasan,Bir gün qaynayasan, bir gün daşasan.Getdikcə özünə yaxınlaşasan,Yatasan köklərə, tağlara doğru.
Təzə cığır sala, iz tuta insan,Yolu da yol kimi düz tuta insan,Üz qoya, Allaha üz tuta insan,Gedə dirilərə, sağlara doğru.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-arzu-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan
Eşq zor eyləsə, ey dil sana, məğlub olsan,Söyləmə batiləm əsla, de ki, həqqəm, həqqəm.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
VətənHalını soruram dağlar dalından,Ürəyim alışır bu əhvalından.
یارم گره از کار بافغان نگشاددلدار مراد من بفریاد نداد