Aşıq, bir qaydalı “Kərəmköçdü” çal,Duyğular alışsın neçə pərdədə.Amandı, dilbilməz saza dəyməsin,Endirər havanı heçə pərdədə.

Saxlasın aşiqin dolu dilləriGöydə durnaları, yerdə selləri.Elə göynədəsən gərək telləri,Kərəm yanğısını keçə pərdədə.

Fürsət tez keçəndə az düşür ələ,De görüm, dağlarda neyləyir lələ.“Şah pərdə” şahını gözləsin hələ,Yandır Zəlimxanı “Beçə pərdə”də.

1975, 3 oktyabr

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets