Qəhətdimi
Aşıq, oxuyursan yaxşı söz oxu,Deməyə mənalı söz qəhətdimi?Yoxsa kəramətin, çıxma məclisə,Başına bükməyə bez qəhətdimi?
Ustad meydanına girməsin çağa,Aşığın dilindən gərək dürr yağa.Çıxmağı bilmirsən, dırmaşma dağa,Yeriş yeriməyə düz qəhətdimi?
Zəlimxan sevəndi kamil ustadı,Kamil ki deyilsən, batırma adı.Yoxdu sözlərinin ləzzəti, dadı,Gözünə qatmağa duz qəhətdimi?
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qehetdimi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Kapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Yaxşı satMərd igidi üç şey çəkər qabağa,Yaxşı yoldaş, yaxşı sirdaş, yaxşı ad.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat