“Get, Ay batandan sora gəl”Xalq mahnısından

Səninlə bütövəm, səninlə tamam,Sənsiz sevincimin yarısı yoxdu.Qocaldır adamı yollar gözləmək,Həsrətin Allahı, tanrısı yoxdu.

Baxışlar alovlu, kölgələr sərin,Ürəklər nəğməli, duyğular dərin.Vaxtında vüsala yetişənlərin,Rənginin alı var, sarısı yoxdu.

Kərəm yanğısına nə bənd, nə bərə,Acizdi önündə yoxuş, dağ, dərə.Sevənə açıqdı qapı, pəncərə,Sevginin hasarı, barısı yoxdu.

Yumşaldar şaxtanı, əridər qarıXəlvəti görüşün pıçıltıları.Mən sənə çiçəyəm, sən mənə arı,Yazıq o gülə ki, arısı yoxdu.

Qaranlıq üstümə can atmamış gəl,Tikanlar qəlbimi qanatmamış gəl.Ay oğlan, bu evə Ay batmamış gəl,Bu evin imansız qarısı yoxdu.

2002, 18 aprel

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets