Ölmüşdü ürəyimdəçal-çağır, toy, tamaşa,Solmuşdu gözlərimdətəbiət başdan-başa.Sapsarı duyğularıyamyaşıl rəng eylədin,Nə yaxşı zəng eylədin!

Kəsilməzdi soyuğu,əriməzdi buzluğu,Üzərdi ürəyimihəsrətin sonsuzluğu.Sükutla, ayrılıqladöyüşdün, cəng eylədin,Nə yaxşı zəng eylədin!

Qaytardı səsin mənicəhənnəmdən cənnətə,Dağlar da baş əyərmişdağ boyda məhəbbətə.Ətirli nəfəsiniəlvan çələng eylədin,Nə yaxşı zəng eylədin!

Gözlərimin önündənnələr keçdi, ah, nələr,Cilvələndi ruhumdatamaşalar, səhnələr.Cavanlaşdı qocalar,təzələndi könüllər,Sən bu qarı dünyanıqızdan qəşəng eylədin,Nə yaxşı zəng eylədin!Nə yaxşı zəng eylədin!2002, 10 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets