Sevmək istədim,Ürəyimi qırdın.Uçmaq istədim,Qanadımı qırdın.Yaşamaq istədim,Ümidimi qırdın.Baxmaq istədim,Gözümü qırdın.Dinmək istədim,Sözümü qırdın.Qırhaqır başladın,Saldın qırğını.Ölmüşəm, xəbərin yox,Rahat ola bilərsən,Ver mənim yasımınÜçünü, yeddisini, qırxını.

2002, 20 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets