Mənim ömrüm təbiətin ömrüdü,Damlasında, ümmanında yaşadım.Zirvələrin çiskinində, çənində,Yağışında, dumanında yaşadım.

Sular kimi hey töküldüm çarxa mən,Boş gəlmədim otuza mən, qırxa mən.Əlli yaşda oldum elə arxa mən,Ümidində, gümanında yaşadım.

Dərd ürəkdə, əsrin yükü çiyində,Ağn başda, qasırğalar beyində.Aha döndüm ürəklərin heyində,Kədər oldum, kamanında yaşadım.

Ürəyində buz yaşamaq — faciə,Yarasında duz yaşamaq — faciə.Çox yaşamaq, az yaşamaq — faciə,Mən zamanı zamanında yaşadım.

2005, fevral

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets