Çöllər bəxtəvər olub
Yarımçıq nə verirsə,Allah verməsin mənə,Verdiyi hər nə varsa,versin könül dolusu.Çiçəyin ətri basıb,çöllər bəxtəvər olub,Şehə bax, dodaqlanıb,sayrışır gül dolusu.
Duruluq nəğməsinidamarda qan oxuyur,Yerlə göy bir-birinəcan deyib, can oxuyur.Gözəllik yerə sığmır,göyə meydan oxuyur,Zirvələr qar dolusu,ətəklər tül dolusu.
Dünyanın qaydasıdılap elə dib-dəhnədən,Təzə dünya doğulurhər qədimdən, köhnədən.Heç kəsin qismətini,Tanrım, kəsmə təhnədən,Qoy olsun təhnə çörək,zəmi sünbül dolusu.
2005, fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-coller-bextever-olub
Use ← → keys to move, R for a random poem