Tanrının sözünə dirsəklənmişəm,Söz yaşıl yamacım, söz talam mənim.Yeddidən yetmişə rəngi gözümdə,Söz gülüm, gülşənim, söz lalam mənim.

Dilimdə ilk kəlmə dinəndən bəriSöz oldu ömrümün sərvəti, zəri.Mənəm sərkərdəsi, mənəm əsgəri,Söz daşım, divarım, söz qalam mənim.

Yoğurdum, başımda ağıl eylədim,Dastana çevirdim, nağıl eylədim,Böyütdüm, bəslədim, oğul eylədim,Söz nəvəm, nəticəm, söz balam mənim.

2005, yanvar

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets