Mənə “xoşgəldin” de, “əlvida” demə
Elə ki, taleyin üzünə güldü,Daha dad qılmasın göz ayrılıqdan.Görüşlər dalınca görüşlər gələr,Düşməz ortalığa söz ayrılıqdan.
“Sevirəm” deyənin sevgisi haqsa,Qəm yemə, bu yolda göz yaşın axsa.Sonu bir bayrama qovuşacaqsa,Nə usan, nə də ki, bez ayrılıqdan.
Üz vermə həsrətə, nə danış, nə din,Boylanmaq zülümdü, gözləmək çətin.Əlim ətəyində qalıb həsrətin,Sən Allah, əlimi üz ayrılıqdan.
Şirin bir qismət ol, qismətdən kəmə,Qənim ol yolunda çəkdiyim qəmə.Mənə “xoşgəldin” de, “əlvida” demə,Bir görüş yaxşıdır yüz ayrılıqdan.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-mene-xosgeldin-de-elvida-deme
Use ← → keys to move, R for a random poem
More by this author
Dolanır həftələr, günlər,Ötən ayların içində.
Yoxdusaİnsan oğlu vaxtsız getməz həyatdan,Bir qəzası, bir qədəri yoxdusa.
DəyişməzHər zaman çalsa da öz havasını,Heç vaxt sənətkara rəğbət dəyişməz.
Mənim sazım sındırılan saz deyil“Zəlimxan Yaqubun sazında bir tel qırılıb”.“Azadlıq” qəzetində dərc
Poems by other poets · Love
Ey ağalar necə olurHalı yardan ayrılanın
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm