Qohumluq.
Ömrümdə yaşatdım çox ömürləri,Ömür qohumuyam, gün qohumuyam.Dəndən işıq aldım, sünbüldən maya,Dolu sünbüllərin dən qohumuyam.
Nuru gəz, axtarma dumanı məndə,Gəzmə şər-böhtanı, yamanı məndə.Ulu dədələrin imanı məndə,İman qohumuyam, din qohumuyam.
Allah xoş saatda üzümə baxdı,Düz oğlu düzlərin dayağı Haqdı.Qanı qarışıqlar məndən uzaqdı,Qanı təmizlərin qan qohumuyam.
2005, noyabr
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qohumluq
Use ← → keys to move, R for a random poem