Qorxulu
Əlli yaşı bələnlərdən aşırdım,Altmışa gedən yolum qorxulu.Hansı əldən yapışacaq əllərim?Bir az əlim, bir az qolum qorxulu.
Canımızda min ağrı var, azar var,Neçə-neçə öz canından bezar var.Hara getsək, qarşımızda məzar var,Önüm, arxam, sağım, solum qorxulu.
Fəryadıma göydən ensin mələklər,Taleyimə ağı desin küləklər.Çeşmə kimi qaynamasa diləklər,Göz yaşıyla dolan gölüm qorxulu.
Nə getməyə həvəsi var insanın,Nə qalmağa nəfəsi var insanın.Qəbir adlı qəfəsi var insanın,Bir az həyat, bir az ölüm qorxulu.
2000, 27 mart
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-qorxulu
Use ← → keys to move, R for a random poem
More by this author
Kim söyülür söyülsün,Kim döyülür döyülsün.
GedirVaxt deyilən axar sudu, dayanmağı, durmağı yox,Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.
Salavat çevirOyan, tər çiçəklər oda düşəndə,Oyan, saf duyğular yada düşəndə,
ÜrəkdəElə ki, tuş gəldin od baxışlara,Əriyər, sellənər buzlar ürəkdə.
Poems by other poets · Death
Qəbrimin üstünə gəldiyin zaman*Pak olan ruhumu xatırla bir an...*
Bu gecəBu od qismətini daşımaq çətin,Bu ruh həsrətini yaşamaq çətin,
به کرم پیله شنیدم که طعنه زد حلزونکه کار کردن بیمزد، عمر باختن است
Şübhənmi var?Ey könül, dar-i fənadan köçməyə şübhənmi var,Ol əcəl cami-şərabın içməyə şübhənmi var,