Şair, bu gün şeirini evdə yox, səngərdə yaz
Yapılan cinayətin çək üzünə şilləni,Qurulan xəyanətin vur gözünə gülləni.Şax yeri, inamla aş hər bələni, pilləni.Sellər kimi üstünə axıb gələn dərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Ağlamaqdan kar aşmaz, sil gözlərin nəmini,Döndər, sevincə öndər anaların qəmini.İtilə qılıncını, ovxarla qələmini.Hər kəsin öz payı var, namərdə yaz, mərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Vaxtında anlasaydıq nədir xeyir-şərimiz,Yerin bir tərəfini əyərdi ləngərimiz.Qoy qarışsın torpağa, axsın alın tərimiz.Bacardığın nə varsa, xeyirdə yaz, şərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Dədəmiz Qorqud kimi el dərdinə ozan ol,Bu günün kitabını öz əlinlə yazan ol.Yorulan bir əsgərin səngərini qazan ol.Həyəcanda, təlaşda, zəhmətdə yaz, tərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Nurlu dan yeri kimi nurlanan rəngin olsun,Döyüşlər meydanında basılmaz cəngin olsun.Sözün qoy uzaq vuran topun, tüfəngin olsun,Ən coşqun bir duyğuda, ən ağır ləngərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Yaraşdı yaraşmadı taleyinə, yaşına,Allah, nələr gəlmədi bu millətin başına.Bu tarixi həkk elə zamanın yaddaşına,Hər sözü qızıla tut, hər misranı zərdə yaz,Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-sair-bu-gun-seirini-evde-yox-sengerde-yaz
Use ← → keys to move, R for a random poem
More by this author
İşığı ulduzdan, Aydan götürər,Halal sevgilərin uzundur ömrü.
Böyük sevgilərSevənlər birləşəndə bir ürək, bir can olur,Gecə-gündüz nur yağır rəngindən, çöhrəsindən.
Quş və budaqAğac üçün quşlarınÇəkisi bir tük olmaz.
Sevənlər həmişə möhtərəm olurSevinc gözləməsin sevən dünyadan,Qisməti çox zaman kədər-qəm olur.
Poems by other poets
Ey nəzakət çəməni içrə xüraman, gözəlim!Xubilik kişvərinin təxtinə sultan, gözəlim!
Bir məsləhətYükün az çat bir az, qardaş, ulağın xeyli lağərdir.Nə tək zülm eyləyən dünyadə bir Şimri-sitəmkərdir.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
آنچه جان یابد از انفاس خوشت هر نفسیچونکه کس محرم آن نیست نگویم به کسی