Savalan məndədir, mən Savalanda
Bu gün Savalanın zirvəsindəyəm,Bu gün Savalanın ətəyi mənəm.Arıyam, qonmuşam çiçəklərinə,Dağın balı mənim, pətəyi mənim.
Cığırlı, çəhlimli, çaylı, çeşməli,O çayın, çeşmənin biriyəm indi.Yüz səksən ildir ki, ölmüşdüm, babam,Gördüm Savalanı, diriyəm indi!
Sinəmə min yerdən min dağ çəkdilər,Bir dəfə bu dağı görənə kimi.Getdim o dünyanı gördüm, qayıtdım,Sevincin barını dərənə kimi.
Daşında mamıram, döşündə qaya,Ruhumla mən ona bağlıyam daha.Nə ki ətəklərdə süründüm, yetər,Qarlı zirvələrin oğluyam daha!
Bildi ki, ilk dəfə görürəm onu,Yolumu kəsmədi çən Savalanda.Nəfəslə can kimi doğmalaşmışıq,Savalan məndədir, mən Savalanda!!!
Savalan dağı, 1992, avqustİraq dəftəri
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-savalan-mendedir-men-savalanda
Use ← → keys to move, R for a random poem
More by this author
Qardaş, qana tuş gəlsə də qışımız,Ocağını oddan, közdən soyutma.
Vətən nə çəkibGəlsin şəhidlərin ziyarətinə,Kimin ürəyində qəm varsa, gəlsin!
İçərimdə yatan qüvvətİçərimdə yatan qüvvət, dayan, hələ baş qaldırma,Dağ qaldıra bilmirsənsə, əbəs yerə daş qaldırma!
GəlirBu gün xəyalımdan gör nələr keçir,Yadıma keçmişim, dünənim gəlir.
Poems by other poets · Nature and spring
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
DüşübdüŞəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.
BəyənməzAy həzərat, bir zamana gəlibdir,Ala qarğa şux tərlanı bəyənməz.
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,