Sirrinə, sözünə qurban, Ələsgər,Yadlar fikrimizi bilə, qoymaram.Göz-gözdən yayına, əl-əldən çıxa,Dodaq həsrət qala dilə, qoymaram!

Yaşadım həyalı, gəzdim pərdəli,Qoymadım yaxamdan tuta dərd əli.Dəyə əllərimə bir namərd əli,Döndərə eşqimi külə, qoymaram!

Sənsiz heçə dönsün qədrim, qiymətim,Yem olsun quşlara, yem olsun ətim.Öldümsə torpaqdı payım, qismətim,Qaldımsa, vüsalı ilə qoymaram!

Yerin qulağı var, göyün gözləri,Eşqi günəş duydu, torpaq eşitdi.Dayanma arxayın, a nazlı pəri,Sirrini su yaydı, bulaq eşitdi.

Fürsəti əlindən heç verərdimi,Daşlar da qəlbinə yazdı bu səsi.Yaşadı ölməyən bir əsər kimi,İlk eşqin ilk anı, ilk mənzərəsi.

Daşdan üz elədi, qayanı yardı,Fərəhdən suların köksü qabardı.Bulaqlar çaylara xəbər apardı,Ürəklə dilləndi – sevir Ələsgər!

Açdı bol əlini bağların barı,Güllərə muştuluq payladı arı.Zirvədə durmadı zirvənin qarı,Əridi, selləndi – sevir Ələsgər!

Sevinən sevilib gəlmədi saya,Eşidən istədi aləmə yaya.Toz, mamır içində itən bir qayaGül açıb gülləndi – sevir Ələsgər!

Şər, böhtan girməsin gündə bir dona,Xeyir qoy xeyirlə yetişsin sona.Bir Göyçə gözəli bağlanıb ona,Ürəklər telləndi – sevir Ələsgər!

Küləklər çöllərə xəbər apardı,Bir oğlan vuruldu bir qıza burda.Məhəbbət arxası, sevgi köməyi,Bir könül bənd oldu bir naza burda.

Duydu işarəni, gördü him-cimi,Qırdı qapıları, açdı tilsimi.Bağlandı pərdəsi, çəkildi simi,Bu gün dil verildi bir saza burda.

Görə sevənlərin könlünü dəmli,Dolanmaya tutqun, gəzməyə qəmli.“Bir mirzə lazımdı əli qələmli”Aça dəftərini bir yaza burda.

Yaza ki, bu gündən SəhnəbanıyaBir göz əyri baxıb əl toxunmasın.Taylı öz tayını gərək tanıya,Yersiz bir söz olub dil toxunmasın.

Gedib qayıdanda bulaq üstünə,Daşlar ayağını əzməsin onun.Şirin məhəbbətin durub qəsdinə,Üzündə yad baxış gəzməsin onun.

Küləkdən dağılsa qara saçları,Ələsgər əlini daraq eyləsin.Fikirdən çatılsa qara qaşları,Ələsgər qəlbini ocaq eyləsin.

Ələsgər neyləsin, çəkilir dara,Günah nə mirzədə, nə qələmdədir.Güvənə bilərmi xoş arzulara,Taleyi dolaşıq bir aləmdədir.

Heyif ki, arzudu, xəyaldı bunlar,Haqqa arxalanan həqiqət deyil.Həyatın əzazil qanunları var,Sevgi hamı üçün səadət deyil.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love