Ürəklərə gedən yol,gözəlliyin yoludu,Bu dünya başdan-başagözəlliyin yoludu.Səndən gözəli yoxdu.

Heç bir gülün, çiçəyin,Dünyada sənin qədərƏtri yox, rəngi yoxdu.Qəşəng olanlar nə çox,Səndən qəşəngi yoxdu.

Heç bir bağın, bağçanın,Həyatda sənin qədərGülü, qönçəsi yoxdu.Nə çoxdu bu dünyadaİncə belli gözəllər,Səndən incəsi yoxdu.

Nə çoxdu yer üzündə,Sərvət dolu sinələr.İçi daş-qaşla doluƏvəzsiz xəzinələr.Yoxdu, səndən varlısı,Səndən bahası yoxdu.Niyəsini soruşma,Daha niyəsi yoxdu,Daha dahası yoxdu.

Yalta, 2010, 18 iyun

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring