Həmişə meydandayam,çəkilmərəm kölgəyə,Boylanıram, baxıramyaratdığın, qurduğunMüstəqil bir dövlətə,mübarək bir ölkəyə.Qızınnam alovuna,isinirəm istinə,Tez-tez gedib-gəlirəmməzarının üstünə.Tez-tez gəlib-gedirəmSəndən işıq almağa,səndən şüa almağa,Öz dilindən eşidibSevdiyin bir şairəxeyir-dua almağa.Harda oluram olumSəsin qulaqlarımda,sözün ürəyimdədir.Harda oluram olum,Səhrada, ya çəməndə,qürbətdə, ya vətəndə,Qayğıların üstümdə,əlin kürəyimdədir.O əl qanada dönüb,qaldırıb üfüqlərə,Qovuşdurub ruhumuən nurlu şəfəqlərə.O əl çətin günümdəmənim əlimdən tutub,O əlin sayəsindəsünbüllərim dən tutub.O əl çatdırıb məniQara daşa, Kəbəyə,O əl qaldırıb məniən uca mərtəbəyə.Peyğəmbər məzarınaqurban verib canımı,Minada Haqq yolundakəsmişəm qurbanımı.Gördüyümü möhürtəkürəyimə basmışam,Zəmzəm suyundan içib,Məkkə himni yazmışam.Qırğızların elindəgüc alanda “Manas”dan,İliyimə, qanımaişləyəndə bu dastan —Yerişində əzəmət,alnında nur görürdüm,Mən də öz “Manas”ımıuca, məğrur görürdüm.Durmadan, dayanmadanqalxanda Çin səddinə,Çin sədditək baxırdıməyilməyən qəddinə.Al qanımdan keçirib,göz yaşımdan süzmüşəm,Gördüklərim nə varsaipə-sapa düzmüşəm.Ən yaxın görüşdə də,ən uzaq səfərdə də,Ucaldığım göydə də,əyləşdiyim yerdə dəQayğın, nəvazişinlə,Əməlinlə, işinləÜrəyimi od kimiqızdıran sən olmusan.Tarixi məkanları,ulu ziyarətləri,Candakı alovları,gözdəki heyrətləriYazan mən olmuşamsa,yazdıran sən olmusan.Arzular qanadındazirvələri aşandı,Nərəli çaylar kimiqaynayandı, daşandı,Ən işıqlı səmadı,ən nurlu kəhkəşandıSəninlə görüşdüyüm,səni gördüyüm anlar.Dönə-dönə sıxmışammübarək əllərini,Yaddaşıma yazmışamnurlu əməllərini.Duyğuların ucası,fikirlərin dərini —Səninlə görüşdüyüm,səni gördüyüm anlar.Mənim xoşbəxtliyimdisənin böyük varlığın,Şərəfi uca olurböyük bəxtiyarlığın.Əbədi xilasıdıçətinliyin, darlığınSəninlə görüşdüyüm,səni gördüyüm anlar.

Yaradanın üzüməişıqlı baxışıydı,Məhəbbətin leysanı,sevginin yağışıydı,Tanrının yazısıydı,taleyin naxışıydıSəninlə görüşdüyüm,səni gördüyüm anlar.Saf sevgim, saf əqidəm,düz cavabım olacaq,Fikirdə, səsdə, sözdəinqilabım olacaq,Şah sözüm, şah əsərim,şah kitabım olacaqSəninlə görüşdüyüm,səni gördüyüm anlar.Yazdığım şeirlərinünvanıydı, adıydı,Ruhumun təravəti,ləzzətiydi, dadıydı,Xəyalımın göylərdəçırpınan qanadıydıSəninlə görüşdüyüm,səni gördüyüm anlar.Şəxsiyyəti görürdüm,qətiyyəti görürdüm,Haqlı mübarizəni,həqiqəti görürdüm,Azərbaycan adlananbir dövləti görürdümSəninlə görüşdüyüm,səni gördüyüm anlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets