Tanrı bəla göndəribməni zəlil eləsə,Əldən-ayaqdan şikəst,gözdən əlil eləsə,Hər yandan, hər tərəfdənbağlasa kitabımı,Min sualdan birinəverməsə cavabımı,Səni sevdiyim üçündüşmən qazanmış olsam,İftiranın, nifrətinoduna yanmış olsam,Qismətimə yazılsaqırx arşın dərin quyu,Qurusa mən içdiyimqaynar çeşmənin suyu,Mənə arxa çevirsəyaxınlarım, yadlarım,Əl-ayağım köməşib,qırılsa qanadlarım,Şeytan girmək istəsəqəlbimə, ürəyimə,Paslı bıçaqlar ensədalbadal kürəyiməSəndən ayıra bilməzsevgimi, rəğbətimi,Səndən ayıra bilməzsənə məhəbbətimi.Nə o an unudulub,nə o vaxt yaddan çıxıb,Bu məhəbbət min dəfəalovdan, oddan çıxıb.

Yoğrulub xəmir olub,bərkiyib dəmir olub,Bu sevgi daşda çiçək,qayada mamır olub.Qranitdən yonulubbu sevginin məbədi,Göylər kimi ucadı,dağlar kimi əbədi.Selin gücümü çatardağ oynada yerindən,Yelin gücümü çatartərpədə mehvərindən.Ortalığa xəyanət,məkrin odu düşsə də,Dillərə yerli-yersizdedi-qodu düşsə də,Ən dözülməz iftiraqəlbimi qan etsə də,Yenə də imanlayam,insaflayam, dinləyəm,Kim kimlə olur-olsun,Ey xalqın böyük oğlu,yenə mən səninləyəmlSəndən yazdıqlarımıvarağa yazmıram ki,Qırılmaz qayalara,qara daşa yazıram.Toxunub ürəklərinən incə simlərinə,Hər ürəyə köçürüb,hər yaddaşa yazıram.İçimdə sellər coşursəndən söhbət açanda,Çaylar kimi qabarıb,daşa-daşa yazıram.

Xatirələr yazarlardünyadan köçmüşlərə,Mən xatirə yazmıram,canlı əsər yazıram.Şax durursan yenə dəgözlərimin önündə,Verib ürəyə qüvvət,sözə kəsər, yazıram.Gücüm, arxam, dayağım,yenə səndən yazıram,Səndən yazıramsa mən,Bu eldən, bu ölkədən,bu Vətəndən yazıram.Yenə də bir yerdəyik,yenə də səfərdəyik,Yenə səninlə qoşa,Məkkəyləyəm, Çinləyəm.Məkkədə də, Çində də,Evimin içində dəYenə mən səninkiyəm,yenə mən səninləyəml

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets