Səs
Tanrı səsi sözdən əvvəl yaratdı,Təbiətin yağışı səs, qarı səs.Sel kükrədi, çay gurladı, su daşdı,Dərələrin qazancı səs, barı səs.
Səs ucaldı həvəsində insanın,Səs qaynadı nəfəsində insanın.Nələr yoxdu ləhcəsində insanın,Kamanı səs, qavalı səs, tarı səs.
Sevgi dedi, dodaq əsdi, dil əsdi,Gözəllərin gərdənində tel əsdi.Qarlı dağdan göy çəmənə yel əsdi,Səs eylədi – kəpənək səs, arı səs.
Səsin varsa, bil, kişisən, bil, ərsən,Səssizlərin göz yaşını silərsən.Zəlimxanı tanıyanda bilərsən,Yarı sazdı, yarı sözdü, yarı səs.
2002, 7 fevral
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-ses-2
Use ← → keys to move, R for a random poem
More by this author
Tanrı dərgahından gələn ruzu var,Gözünlə sığalla, əlinlə yu ver.
Su içməyə gələn qızSu içməyə gələn qız,İç, halal xoşun olsun.
Allah seçibBir qız gördüm, yanağınaÇiçək dedim, çiçək dedim.
BəzədiTəzə bir yaraşıq verdi, məclisimi saz bəzədi,Şirin xallar cilvələndi, sazı bir avaz bəzədi.
Poems by other poets · Nature and spring
Mən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Abşeronun adamlarıAbşeronun əjdahası küləklər hərdənOyananda nəriltisi dağları dəlir.
Əsfa, ey ədibi-pakzəmirƏsfa, ey odibi-pakzomir,Daim oldum qəyu dəfnə qərid.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər