Şeytan girsə ürəyinə,ora daha mələk gəlməz,Özün düşün, özün anla,haqq yolundan sapdığını.

Kara gələ bilməyəcəknə bir tövbə, nə yalvarış,Tanrım sənə göstərəndəqiyamətin qopduğunu.

Allah nuru, haqq işığı,əldən getsə, yazıq sənə.İnsan bir də tapa bilməz,yüz də gəzsin, tapdığını.

Şirin sözü əfsanədi,Fərhad külüng çala bilməz.Bir Allahın eşqi iləigid çapar çapdığını.

Hər insanın qarşısındahər gün çətin sual durur.Allah üçün nə yapmısan,söylə görüm yapdığını.

Almaniya,Münhen ürək xəstəxanası

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love