Sürgün yeri
Mənim kəndimin adı vardı. Yalnız kəndimin deyil, kəndimindərəsinin, dağının, çaylarının, qayalarının, təpələrinin, çeşmə-lərinin, camilərinin də adları vardı. Buranın bir adı yoxmu?“Varl” — dedi adam. Buranın adı Sürgün yeril” Krımda do-ğulduğun kəndlə buranı nə az, nə çox 6 min kilometr məsafə ayırır.“Yansılar”dan
Kəsilən başlar oldu,Tökülən yaşlar oldu.Uçan uca divarlar,Sökülən daşlar oldu.Qırğınlar, qətliamlar,Qanlı savaşlar oldu,Biz sürgünə gedəndə.
Nifrət ilə süzdülər,Qurşunlara düzdülər.Açılan əlimiziYerdən, göydən üzdülər,Biz sürgünə gedəndə.
Ağlayan ağlayırdı,Ağladan ağladırdı.Bəlalı başımıza,Qara gəlmiş o tarixQaralar bağlayırdı.
Uyumurdu körpələr,Sağalmırdı xəstələr,Ölmüşdü içimizdəAğılar, şikəstələr.
Alışmırdı ocaqlar,Odu söndürmüşdülər.Yerimirdi qatarlar,Vaxtı dondurmuşdular.Bizdən böyük şeytanı,Yaman qandırmışdılar,Biz sürgünə gedəndə.
Allahsızlar at üstə,Allahlılar piyada.Didildik, parçalandıq,Dağda, daşda, qayada.Bir kimsə tapılmadı,Bəxtimizi oyada,Biz sürgünə gedəndə.
Göyün nuru yox idi,Ayın bərqi yox idi.
Ölü, yoxsa diriyik,Bizə fərqi yox idi.Səsi dəfn eləmişdik,Nəğmə, şərqi yox idiBiz sürgünə gedəndə.
Ölü qaytarammadıq,Diri qaytarammadıq.Eldən ayrılanları,Geri qaytarammadıq.Zor Allahlıq elədi,Yeri, yurdu, torpağıGeri qaytarammadıq,Biz sürgünə gedəndə.
Zəhərini tökəndə,Yağını susdurmadıq.Cəsəd çöllərdə qaldı,Öləni basdırmadıq.Bizə qan qusdurdular,Yada qan qusdurmadıq,Biz sürgünə gedəndə.
Bizi aparmışdılarOtu bitməyən yerə,Suyu axmayan yerə.İnsan necə sığınsın,Allah baxmayan yerə.
Dünyanın cəhənnəmi —Qaçqın didərgin yeri.Allahl Nə ağır olurÖmrün, günün narahat,Ruhların gərgin yeri.Qəriblərin gözündə,Bütün dünya xaraba,Hər tərəf sürgün yerilÇingiz Ağa, hardasan,harda yuva salmısan,Nədir adı, ünvanı,haradır sürgün yeri?Cavabı xəncər kimiiçərimi doğradı,Dedi bağrım başındaparadı sürgün yeri.Qanı elə axıb ki,gözü qaysaq bağlamır,Dərmanı tapılmayanyaradı sürgün yeri.Talanıb bağ-bostanı,dərdə sığmaz dastanı,Axırda bizə qalmışuradı sürgün yeri.Yaş yanağı yandırıbürək atəş içində,Gözlərimdən tökülənqoradı sürgün yeri.Biz onu axtarmadıq,o bizi gəldi tapdı,Bizi qarabaqaraaradı sürgün yeri.Düşmür Ayın işığı,axmır Günəşin nuru,Zülmətin içindədi,qaradı sürgün yeri.
Adımız çəkiləndədüşmən yaramaz dedi,Bütün “yaramaz”larayaradı sürgün yeri.Bir qürbət var içimdə,hey Vətən haraylayır,Qəlbimin içinə bax,oradı Sürgün yeril
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-surgun-yeri
Use ← → keys to move, R for a random poem
More by this author
Kim deyir bu dünya kefdi, damaqdı,Kefi olanlar da kefdə deyilmiş.
SöyləDərd içini yandıranda,Apar dağa-daşa söylə.
Xatirələr yumağıDağlar uca, düzlər geniş, dərələr dərin,Gəl çözələ yumağını xatirələrin.
Heç kim öz yükünü tək çəkə bilmirSevgisiz olanda həyatda insan,Bir qarışqa qədər yük çəkə bilmir.