Dərd içini yandıranda,Apar dağa-daşa söylə.Bir ömürdə nələr çəkdin,Nələr gəldi başa, söylə.

Qaldır zilə, endir pəsə,Səs ver səni duyan kəsə.Dərdini Haqq eşitməsə,Gözündəki yaşa söylə.

İllər keçsə sərt, necədir?Vaxt olsa namərd, necədir?Desələr ki, dərd necədir? –Çək əlindən haşa, söylə.

2004, 16 iyul

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets