Qayalar Şuşada varaq-varaqdı,Hər qolda min dastan oxumaq olar.Bu yerə bir şeir yazmaq nahaqdı,Nəğmələr çələngi toxumaq olar.

Qonaq gəldiyimi duyub elə bil,Yenə sığallanıb, daraqlanıbdı.Qayalar küləyin əliylə deyil,Zamanın eşqiylə varaqlanıbdı.

Qoynundan uçurub neçə qartalı,Neçəsi uçmağa hazırdı burda.Vaqif qoşmasını Vaqif xəyalıQayalar qaşına yazırdı burda.

Bu Çətin dərəyə baxdığı andaFikrini uçurdu sirlər, soraqlar.Xəzinə qayası qırışlarındaHələ açılmamış xəzinə saxlar.

Duyğular selində çağlayıb axsan,Qanadın açılar, quşa dönərsən.Bir parça daşına biganə baxsan,Quruyub yerində daşa dönərsən.

Cabbarın, Bülbülün, Xanın səsiniQəlbinə yazdıran haldı qayalar.Dağlar yaxşı bilir vəzifəsini,Lal olar, kim desə laldı qayalar.

1975, 28 may

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets