Şəhərdə bağa çıx...
Qəlbin bir sərinlik eşqinə yanıb,Yayın bürküsünə, oduna düşsə,Aramla yeriyib, məğrur dayanıb,Hardasa dincəlmək yadına düşsə,Vaxtın olmasa da, bircə aylığaŞəhərdə bağa çıx, kənddə yaylağa.
Səpsin sinən üstə gur işığını,Bəxtinə gecədən bir ulduz istə.Duy ana torpağın yaraşığını,Tağdan qarpız istə, dağdan buz istə.Get döşə üzünü döşənən tağa,Şəhərdə bağa çıx, kənddə yaylağa.
Gəlişin güllərin könlünü alsın,Bulaqlar aşığın sazına dönsün.Gəzdiyin çəmənin eşqi ucalsın,Elin bir ərköyün qızına dönsün.Küləyi əlində döndər yaylığa,Şəhərdə bağa çıx, kənddə yaylağa.
Yollar cavanlaşsın ayağın altda,Dola cığırları biləklərinə.Onsuz da ömrümüz azdı həyatda,Könül ver axşamın küləklərinə.Dağlar ürəyini döndərsin dağa,Şəhərdə bağa çıx, kənddə yaylağa.
1975, 1 iyul
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-seherde-baga-cix
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün məni dağ oynatdı yerindən,Bir gün məni dağ laləsi çağırdı.
Murad köhnəqalayaAy Murad, sehrinlə qır tilsimləri,Bir görək o köhnə qalada nə var?
Mahal ismayıloğlunaÖzüm dərdəm, adım dərdnən adaşdı,Ağlamaqnan bağrım yaman badaşdı.
Bəhlul zəlimxanoğlunaArzular qarşısında neçə qat divar durur,Sən ki o divarların sərtliyindən halısan.
Poems by other poets
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Səthi-cahan gülüstana dönübdürXələt geyib zümrüddən ağaclar,Ciçəklərdən boynun əyib budaqlar,
GəlməsinEşitmişəm yar yanında müddəi,Deyib Sabit bu samana gəlməsin,
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,