Bəhlul zəlimxanoğluna
Arzular qarşısında neçə qat divar durur,Sən ki o divarların sərtliyindən halısan.Gecə-gündüz əlləşib dişinlə-dırnağınla,Tərpənməz qayaları tərpədib yarmalısan.
Adı yaraşıq verir əsrlərə, illərə,Dildə dastan olanlar nahaq düşmür dillərə.Əgər gözün düşübsə, ən uzaq mənzillərə,Ora ayağınla yox, eşqinlə varmalısan.
Bel bağlamaq əbəsdir ömrün gəlhagəlinə,Boran qalxar, qar düşər xırmanına, vəlinə.Sən Fərhad, dağ Bisütun, külüng alıb əlinə,Onu qum-qum oynadıb, daş-daş qoparmalısan!
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-behlul-zelimxanogluna
Use ← → keys to move, R for a random poem
More by this author
Cavan bir gəlin qoca bir kişiyə “Allah səni döysün”*deyib qarğış elədi, ikiəlli başına qaraladı.*
Hara belə tələsirdinKörpəlikdən ölüsüydüm qocaların,Deyirdim kaş mənim də ağ saçım ola.
YarışYenə bu yollarda tozanaq qopub,Bilinmir atlı kim, piyada kimdi.
TəhlükəGözlərin kor olmaq təhlükəsi var,Qulağın kar olmaq təhlükəsi var,
Poems by other poets
Könül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
EləməQadir Allah, budur səndən diləkim,Sən mərdi-namərdə möhtac eləmə,
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən