Gözəllər
Üzə vurmaz ürəyindən keçəni,Keçib-gedər duymazyana gözəllər.Külək vurub dağıtsa da saçları,Tellərini yaymaz yana gözəllər.
Sevən kəslər on göz ilə baxsa da,Baxışları şimşək kimi çaxsa da,Ürəyini yandırsa da, yaxsa da,İnadını qoymaz yana gözəllər.
Yanaqları çiçəklənər, xallanar,Dodaqları şəkərlənər, ballanar.Yeriyəndə salatıntək sallanar,Yeriş vurar saymazyana gözəllər.
1975, 25 avqust
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-gozeller-2
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Torağaylar çıxır yolaMilyon-milyon ildən bəriBaşında bir ipək daraq,