Çox da böyükdü arzular,Yüzə qoymaz, yüzdən kəsər.Başqa ömrə calamaqçün,Tale ömrümüzdən kəsər.

Tufan salar, qan eyləyər,Gedəni yoldan eyləyər.Kimini qoldan eyləyər,Kimini də düzdən kəsər.

Tanrı cavan, qoca bilməz,Yüz də ağla, yaşı silməz.Özündən heç nə kəsilməz,Nəyi kəssə, bizdən kəsər.

2003, 16 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets