Tarix
Ruh dilində danışdır,Şah dilində danışdır,Dünənin zəmanəti,Ruhu incə tarixi.
Ələ, şumla, ək, çevir,Torpaq axtarış sevir.Xamlamış torpaq kimi,Qoyma dincə tarixi.
Dindirəni yoxdusa,Dili-ağzı açılmaz.Tilsimini qırmasan,Xəzinəsi saçılmaz.Qapılar aç üzünə,Qoyma qapı dalında,Sıxma küncə tarixi.
Təbrizdə nələr oldu,Nələr gördük Gəncədə?Çarpışırıq min ildiYadla pəncə-pəncədə.Yüz illərdi QarabağƏzabda, işgəncədə,Tariximiz bir əzab,Bir işgəncə tarixi.
Qələmini itilə,Uzaq yollar qət eylə,Səni gözləyir, oğul,Bakı, Dərbənd, Borçalı,Təbriz, Gəncə tarixi.
Kitabxana.az · https://kitabxana.az/en/works/zelimxan-yaqub-tarix
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Nə yatmısan, qoca vulkan, səninləyəm!Ayağa dur, Azərbaycan, səninləyəm!
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Qəm yemə, səbr et, bu da yahu keçərZülməti-şər bulsa da bir dəm zəfer,Pərtövə hökm etsə də zülmət əgər,