Hamının can atdığı,Az adamın çatdığı,Əlin yetişmədiyi,Ruhun at oynatdığı,Bir məqamdı ucalıq.

Çiyində şahlıq quşu,Başda şahlıq tacıdı.İlahi mərtəbəsi,Peyğəmbər meracıdı.İnsana haqdan gələn,Ehtiramdı ucalıq.

Dünyanın bu başındaÇəkərsən nəfəsini,Dünyanın o başındaEşidərlər səsini.Nəfəs kimi dərilən,Yaradandan alınan,Yaradana verilən,Bir salamdı ucalıq.

Haqq yazanda qiyməti,Ucuzlar baha gəlməz.Eşqə gələn gözəllik,Nəfsə, tamaha gəlməz.Öpər dərviş əlini,Aldanıb, şaha gəlməz.Canda Allah eşqinə,Yanan şamdı ucalıq.2002, 25 mart

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love